Video 21:00 30.10.2022

Azərbaycanda qəribə hadisə - Sürücü ilə icra hakimiyyəti arasında mübahisə (VİDEO)

Siyəzən sakinin başına tragikomik hadisə gəlib. O iddia edir ki, avtomobil ilə hərəkətdə olan zaman yola tökülən qum onun qəzaya düşməsnə səbəb olub. Özü xəsarət alan, maşını əzilən sakinin ona dəymiş ziyanın ödəilməsini tələb edir.

Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, Siyəzən rayonunda bir müddət öncə yol nəqliyyat hadisəsi baş verib. Sürücü iddia edir ki, qəzaya səbəb o yox, yola tökülən qum-çınqıldır.

Belə ki, Siyəzən şəhər sakini oktyabrın 18-də şəhərin Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi törədib. Hadisə yerinə polis əməkdaşları da gəlib. Ancaq sürücü qəzaya səbəb qum və çınqılın olmasını göstərir. Əgər yolda çınqıl topası olmasaydı qəza törətməyəcəyini iddia edir.

Prospektdə təmir işləri getdiyinə görə yolun kənarındakı hasarda da bərpa işləri aparılır. Çınqıl materialları isə yolun kənarına töküldüyünə görə sürücü digər avtomobilə yol verərək minik avtomobilini çınqıl topasının üstünə çıxardıb və maşını aşırdıb.

Sürücü Elman Əliyev bildirir ki, qəzada özü də xəsarət alıb və avtomobilinə 1500 manat dəyərində ziyan dəyib.

Məsələ ilə bağlı Siyəzən rayon Polis şöbəsi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Quba Regional qrupunun mətbuat xidmətinin rəhbəri Xəyal Talıbov bildirdi ki, məsələ araşdırıllr və hüquqi qiymət veriləcək. Siyəzən rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.Qrumdan isə bildirilib ki, məsələnin onlara heç bir aidiyyatı yoxdur.