Ekonomiks 13:05 05.10.2022

Azərbaycanda vahid taksi xidməti yaradılır - Nazir müavini açıqladı

"Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb".

Qaynarinfo xəbər verir ki, bunu APA-ya rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var:

"Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".