Ölkə 10:30 14.06.2022

Azərbaycanın quru sərhədlərini bağlı saxlamasının bir izahı varsa... - Ekspert

"Azərbaycanın quru sərhədlərini bağlı saxlaması epidemioloji vəziyyətlə izah oluna bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, əgər hansısa digər səbəblər varsa, rəsmi qurumlar onu vətəndaşlara izah etsinlər:

"Quru sərhədlərin açılması ilə bağlı anlaşılmazlıq yaranıb. Epidemioloji vəziyyət onu deməyə əsas verir ki, hazırda quru sərhədlərin bağlı saxlanmasına heç bir zərurət yoxdur”. 

Natiq Cəfərli bütün qonşu ölkələrin artıq quru sərhədlərini açdığını vurulayıb:

"Gürcüstan bütün qonşu ölkələri- Türkiyə, Ermənistan, hətta Rusiya ilə quru sərhədlərini açıb. Eyni qaydada Türkiyə, Ermənistan, hətta Rusiya Ukraynaya təcavüz etməsinə baxmayaraq, onlar da quru səhədləri açıb”. 

Bahar Rüstəmli