Ekonomiks 11:31 21.06.2022

"Azəriqaz"da "Açıq mikrofon" aksiyası davam edir

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.

Qaynarinfo xəbər verir ki, bu dəfə "Səyyar qəbul otağ"ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

İyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.