Ölkə 19:16 06.06.2022

Bakı ilə Pakistanın bu şəhəri arasında birbaşa uçuşlara başlanıldı

Bu gündən etibarən Pakistanın paytaxtı İslamabaddan Bakıya birbaşa uçuşlara başlanılıb.

Qaynarinfo xəbər verir ki bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, bu münasibətlə İslamabad Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) baş icraçı direktoru Məhəmməd Əmir Həyat və digər rəsmi şəxslər, eləcə də birbaşa reysin ilk sərnişinləri iştirak ediblər.

Uçuşlar hər həftənin bazar ertəsi günü İslamabaddan, cümə günü isə Bakıdan həyata keçiriləcək.