Ekonomiks 20:20 04.09.2022

Bakı sakinləri bu sahəyə yarım milyarddan çox pul xərcləyiblər

Bu ilin ilk 7 ayı ərzində paytaxt Bakıda ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və s.) 516,6 milyon manat olub.

Qaynarinfo açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,3 faiz artıb. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 64,1 faizini təşkil etmişdir.