Ölkə 09:47 24.06.2022

Bakı yollarında vəziyyət necədir? (YENİLƏNİB)

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Qaynarinfo Mərkəzin məlumatını təqdim edir:

1. Ziya Bünyadov prospekti Çermet körpüsündən başlayaraq 20 Yanvar dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsşməyə qədər , 20 Yanvar dairəsindən başlayaraq Koroğlu metrosu istiqamətdə Çermet körğüsünə qədər sıxlıq müşahidə edilir.

2. Moskva prospekti Bakı-Sumqayıt şosesi istiqamətində və Avtovağzalın qarşısından başlayaraq 20 Yanvar dairəsinə kimi sıxlıq müşahidə edilir.

3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq Çıraq plazanın qarşısına qədər, Bakıxanov körpüsünün ilə kəsişmədən başlayaraq Moskva prospekti ilə kəsişməyə qədər,

4. Neftçilər prospekti Azneft dairəsi ilə kəsişməyə qədər,

5. Heydər Əliyev prospekti kənar yolda Heydər Əliyev Mərkəzinin qarşısına qədər,

6. Bakı-Sumqayıt şosesi Xırdalan dairəsinə qədər sıxlıq müşahidə edilir.

09:47
 
Bu gün səhər pik saatlarında paytaxtın bəzi küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bu barədə Qaynarinfo-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına görə, Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

Həmçinin, Binəqədi şosesi-"Azadlıq” m/st istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.