Ölkə 19:36 13.10.2022

Bakıda məhkum elektron qolbağı girov qoydu

Bakıda şərti məhkum edilən şəxsin ona probasiya xidməti tərəfindən təhkim edilmiş elektron qolbağı avadanlıqları ilə birgə girov qoyması məlum olub. 

Qaynarinfo-nun məlumatına görə, Orxan Zamanov (ad-soyad şərtidir) 2021-ci ildə məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1- ci maddələri ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə məhkum edilib. 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunub və ona müvafiq aktla 1 ədəd elektron qolbaq, 1 ədəd "ATTENTİ” markalı mobil nəzarət qurğusu, 1 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 1 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilib.
 


Onun Qaradağ Rayon Məhkəməsinin 72022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 2 ay 21 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilib.

Məhkum məhkəmə zalında həbs edilərkən mobil nəzarət qurğusu üstündə olmadığı üçün təhvil götürmək mümkün olmayıb. Orxan Zamanov nəzarət vasitəsinin harda olduğunu bilmədiyini, tanımadığı adama girov qismində verdiyini bildirib. Daha sonra isə elektron nəzarət vasitəsinin itirdiyi məlum olub.

Bakı şəhəri Probasiya İdarəsi tərəfindən qeyd edilən hallar nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilib.

Qaradağ Rayon Məhkəməsinin hakimi Gülnar Əhmədovanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, Orxan Zamanovdan itirlmiş mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin.

Əhməd