Ölkə 14:32 08.08.2022

Bakıda XIX əsrə aid hamam məhv olmaq üzrədir (FOTOLAR)

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən XIX əsrə aid tarixi hamam məhv olmaq üzrədir.

Trend-in əməkdaşı bu gün sözügedən ərazidə hamamın vəziyyəti ilə maraqlanıb.

Məlum olub ki, tamamilə dağılmaq üzrə olan tikilinin yerləşdiyi ərazi dörd bir tərəfdən hasara alınıb, ərazinin özəlləşdirildiyi deyilir.

Təxminən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid olan hamamın adı bəlli deyil. Bu səbəbdən də mədəni irs siyahısına salınmayıb.

Bəzi qeyri-rəsmi mənbələrə görə, hamamın adı Əlimurad və ya Hacımurad hamamı olub.

Tarixi tikilinin son vəziyyəti ilə bağlı fotoları təqdim edirik: