İdman 17:47 02.09.2022

"Barselona"nın ulduzu "Çelsi"yə keçdi

"Çelsi" növbəti transferini rəsmiləşdirib.
 
Qaynarinfo xəbər verir ki, "Zadəganlar" "Barselona"nın qabonlu ulduzu Pyer-Emerik Obameyanqı alıb. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Kataloniya klubu rəsmi saytında futbolçunun satışından 12 milyon avro əldə etdiklərini yazıb. 
 
Aubameyanq ötən mövsüm "Barsa”nın heyətində 23 oyunda 13 qol vurub.

Futbolçu 6 ay sonra İngiltərə Premyer Liqasına qayıdıb. O, 2018-ci ildən 2022-ci ilin yanvarına qədər "Arsenal"da çıxış edib.
 
Səbuhi Həsənov