İdman 12:53 10.01.2023

"Barselona" növbəti mövsümdən oyunlarını bu stadionda keçirəcək

"Barselona"nın stadionu "Kamp Nou"nun bərpası türk şirkətinə tapşırılıb.

Qaynarinfo xəbər verir ki, stadionun bərpası ilə bağlı tenderin qalibi "Limak İnşaat" olub. "Barselona"nın idarə heyətinin toplantısından sonra klub tərəfindən yazılı açıqlama verilib. Şirkət tərəfindən iyun ayında başlayacaq bərpa işlərinin qəbul edildiyi bildirilib.

İspaniya mətbuatında 2026-cı ilin yayında başa çatması gözlənilən layihənin dəyərinin 900 milyon avro civarında olacağı iddia edilir. Bu layihə ilə stadionun tutumunun 105 min 53 nəfərə çatdırılması və 50 min kvadrat metrlik bir dam qurulması planlaşdırılıb.

La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" təmirə bağlanılacaq. "Barselona" təmir müddətində matçlarını 2024-cü ilin oktyabrına qədər Barselonada, Montxuik bölgəsində yerləşən Olimpiya Stadionunda (təxminən 50 min tutumlu) keçirəcək. 

Səbuhi Həsənov