İdman 11:32 21.09.2022

"Barselona" ötən mövsümkü gəlirlərini açıqladı

"Barselona" 2021-22 mövsümünü 98 milyon avro gəlirlə başa vurduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, klubun açıqlamasında 2021-22 maliyyə ilində 1,017 milyard və eyni dövrdə 98 milyon avro qazanc əldə etdiyi bildirilib. Həmçinin İdarə Heyətinin təsdiqi ilə 2022-23 mövsümü üçün gəlir büdcəsinin 1,255 milyard avro olacağını və 274 milyon avro mənfəət gözlədiklərinin təsdiq edildiyi də vurğulanıb.

Son zamanlar pandemiyaya görə yüksək maaşlı futbolçuların məvacibini ödəməkdə çətinlik yaşayan Kataloniya təmsilçisi ötən mövsüm Lionel Messi ilə məhz bu səbəbdən yollarını ayırmışdı. Klub o cümlədən bir çox vacib oyunçunun maaşlarını azaltmaq üçün onlarla danışıqlar aparıb.

Televiziya və liqa matçlarından əldə etdiyi gəlirin bir hissəsini özəl şirkətə satan "Barselona" müxtəlif kommersiya müqavilələri ilə iqtisadi strukturunu gücləndirərək Robert Levandovski, Rafinya, Jules Kunde, Andreas Kristensen, Markos Alonso, Frank Kessi və Hektor Bellerin kimi ulduzları cari mövsümün əvvəlində transfer edib.

Səbuhi Həsənov