Ölkə 10:52 05.08.2022

Başqa alternativlər haqda düşünmək İrəvanın özü üçün ziyanlı olacaq (ŞƏRH)

"Ermənistanın regionda formalaşan yeni düzəni pozmaq cəhdlərinə baxmayaraq, bölgənin yeni iqtisadi xəritəsi artıq formalaşmaqdadır. "Qisas” əməliyyatından 1 gün sonra İrəvan Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan etdi. 36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı. Son qarşıdurmadan sonra isə rəsmi İrəvan mövcud reallığı bir daha qəbul etmək məcburiyyərində qaldı”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun fikirincə, Azərbaycan dəhlizə alternativ yolun tikintisini artıq tamamlamaq üzrədir:

"Ermənistan baş naziri bu arada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru əlaqənin bərpa ediləcəyini bildirdi. İrəvanda artıq anlayırlar ki, üçtərəfli razılaşmada nəzərdə tutulanların yerinə yetirilməsinin alternativi yoxdur. Öhdəliklərə əməl edilməlidir. Zəngəzur dəhlizinin Azərbaycan ərazisinədəki hissəsinin tikintisinin 57 faizi isə artıq tamamlanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir”.
 


Deputat deyir ki, bütün bunlar, Laçın dəhlizinə alternativ yolun və Zəngəzur dəhlizinin tezliklə istifadəyə veriləcəyindən xəbər verir:

"Bu isə region üçün yeni reallıqların başlaması demək olacaq. Dəhliz 1.2 tirlyon dollarlıq nominal ÜDM-i olan Türk dünyasını quru yolu ilə birləşməsinə imkan verəcək. Azərbaycan gücünü bir daha nümayiş etdirdi. Revanişt meyillərin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını bu bir daha göstərdi”.

Vüqar Bayramov bildirib ki, ölkələrin bir-birlərinin ərazi bütövlüyünü tanınmasının və davamlı sülhün alternativi yoxdur:

"Başqa alternativlər haqda düşünmək isə Ermənistanın elə özü üçün ziyanlı olacaq”.

Bahar Rüstəml