Dünya 12:52 06.10.2022

Bayden mikrofonun açıq olduğunu bilmədən söyüş söydü

ABŞ prezidenti Co Bayden mikrofon açıq olan zaman nalayiq ifadə işlədib.
 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, insident Baydenlə Florida ştatının Fort Mayers-Biç şəhərinin meri Rey Merfi arasında söhbət zamanı baş verib. Söhbətin bu hissəsi videoya çəkilib. "Yaxşısı Baydendən uzaq olmaqdır", - prezident məmurlaq mehriban söhbət edərkən söyüşdən istifadə edərək deyib. "Haqlısınız, lənət şeytana”, - mer də cavab verib. Söhbət Baydenin "Ian” qasırğasının vurduğu Floridaya səfəri zamanı baş tutub. Yanvarın əvvəlində isə Bayden Ağ Evdə iqtisadi məsləhətçilərlə görüşdə inflyasiya ilə bağlı sual verdikdən sonra Fox News-un jurnalisti Peter Dusini "sarsaq qancığın oğlu" adlandırmışdı. Bu, prezidentin və administrasiya rəsmilərinin açılış nitqindən sonra jurnalistlərin zalı tərk etmələri tələb olunduğu zaman baş verib.
 
Jurnalistlər suallarla qışqırmağa başlayıb, Peter Dusi isə Baydenin inflyasiyanı "aralıq seçkilərdən əvvəl siyasi bir yük" olaraq görüb-görmədiyini soruşub. Bayden Dusinin sualını "dəyərli" adlandırıb, sonra sakitcə "Bu, nə axmaq qancığın balasıdır " deyib, lakin onun açıqlaması mikrofonlar tərəfindən qeydə alınıb.