Dünya 14:58 15.06.2022

Blinken: Ukrayna ərazi güzəştləri məsələsi ilə bağlı təkbaşına qərar verməlidir

Prezident Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna xalqı və hökuməti ərazi güzəştlərinin mümkünlüyü ilə bağlı öz qərarlarını verməlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken PBS telekanalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Amerika administrasiyası Kiyevə öz mövqeyini tətbiq etməyəcək, ukraynalıların seçimini dəstəkləyəcək.

Blinken həmçinin vurğulayıb ki, ABŞ və Qərb ölkələri Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqədar müdafiə üçün "ukraynalıların ehtiyac duyduqları hər şeyi almasına əmin olmaq üçün həftənin 7 günü 24 saat işləyirlər”.

Xatırladaq ki, mayın sonunda Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bəzi Qərb siyasətçilərinin Kiyevə Rusiya hərbi əməliyyatlarını dayandırmaq üçün ərazinin bir hissəsini Moskvaya verməyi təklif etdiyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna belə müzakirələrdə iştirak etməyəcək.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 12-də deyib ki, Ukraynada sülh mümkündür, lakin bu, ona hansı ərazi güzəştlərinin bahasına başa gələcəyindən asılıdır, ona görə də NATO Kiyevə sonda Rusiya ilə ən güclü mövqedən danışıqlar aparmağa kömək edir.
 
Alpər