"Bliss Land” İstirahət və Əyləncə Mərkəzinə istirahətə gələn müştərinin avtomobilindən oğurluq edilib.
Qaynarinfo-nun məlumatına görə, Toğrul (şərti) avtomobilini "Bliss Land”əyləncə mərkəzinin önündə saxlayıb. Geri qayıdanda isə avtomobildən buferin üzərində olan 300 manat dəyərindəki elektrik suvuranın oğurlandığını görüb.
O, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edib.
Aparılan araşdırma zamanı oğurluğu 1986-cı ildə Neftçala rayonunda anadan olmuş Hümmət (şərti) adlı şəxsin törətdiyi müəyyənləşib.
O, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, məhkəmənin qərarı ilə 25 gün müddətinə inzibati həbs edilib.
Əhməd
Şərhlər