Dünya 10:17 05.08.2022

Bloomberg: Ya 72 saat ərzində razılaşma əldə olunacaq, ya da...

Son aylarda İranın nüvə proqramı ilə bağlı ən azı iki yeni məsələ gündəmə gəlib: 60% zənginləşdirmə və İranın elan olunmamış nüvə obyektlərində uranın kəşfi.

Qaynarimfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

"Bloomberg” xəbər agentliyi Vyanada keçirilən "JCPOA-nın dirçəliş danışıqları”nın yeni mərhələsinin birinci gününün sonunda Avropadakı mənbələrinə istinadən yazıb ki, İran və ABŞ hökuməti əvvəlki raund danışıqları ilə (mart ayı) müqayisədə bir-birindən daha uzaq məsafədədir və razılaşma əldə olunarsa, bu, ya növbəti 72 saat ərzində hazır olacaq, ya da artıq mümkün olmayacaq.
Bloomberg əlavə edib ki, keçmişlə müqayisədə belə bir razılığa gəlmək şansı azdır, ən azı demək olar ki, İran bu arzuya çatmaqda əvvəlkinə nisbətdə daha meyilsiz görünür.

Aydın