Siyasət 12:42 08.08.2022

Brüssel görüşü: İlham Əliyev və Nikol Paşinyan arasında razılıq əldə ediləcəkmi?

"Azərbaycanla Ermənistan arasında xeyli mübahisəli məsələlər var. Həmin görüşdə güman ki, Bakı və İrəvan münasibətlərinin geniş spekteri müzakirə predmeti olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşü şərh edərkən deyib. 

Politioloqun fikirincə, bu görüşdə sülh müqaviləsindən tutmuş kommunikasiyaların, yolların açılması, sərhədlərin demarkasiya və delimitasiyası, erməni hərbi qüvvələrin Dağlıq Qarabağdan çıxarılması və s. mövzuların müzakirəsi baş tuta bilər:

"Güman edirəm ki, səmərəli bir görüş alınacaq. Heç olmasa ən azı bir və ya bir neçə məsələni razılaşdıra biləcəklər”.
 

 
Zərdüşt Əlizadə belə görüşlərin Rusiyada qıcıq doğurduğunu deyib:

"Bütün hallarda bu faktdır ki, belə məsələdə Moskva özü vasitəçilik etməyə çalışır, kənar vasitəçilərin missiyasına qıcıqla yanaşır”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək. Görüşün tarixi hələ bəlli deyil.

Bahar Rüstəmli