Ekonomiks 08:31 02.06.2022

Bu avtobusların hərəkət istiqaməti dəyişdi (SİYAHI)

"Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlər səbəbindən 6, 10, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, qeyd olunan müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi Azərbaycan pr. - Ə.Cavad küç. - B Sərdarov küçəsi ilə təşkil ediləcək.