Ölkə 10:25 17.10.2022

Bu gündən şagirdlərin yerdəyişməsi başlayır

Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.