Dünya 14:50 05.10.2022

Bu ölkə Rusiya-Ukrayna danışıqları üçün öz ərazisini təklif etdi

Avstriya hakimiyyəti Rusiya-Ukrayna danışıqlarını öz ərazisində keçirməyi təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” "The Hill”ə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vyana Moskva ilə əlaqə kanallarını saxlamağa hazırdır. Danışıqların formatı ilə bağlı təfərrüatlar məlum deyil. Rusiya və Ukrayna hələlik bu təşəbbüsə reaksiya verməyib.

Xatırladaq ki, İstanbulda başlanılan danışıqlar prosesi may ayında Kiyevin təşəbbüsü ilə dayandırılıb. Dünən, oktyabrın 4-də Ukrayna rəsmi olaraq Vladimir Putinlə danışıqlardan imtina edib. Bu, DXR və LXR-nin, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil edilməsi haqqında müqavilələr imzaladıqdan sonra baş verib. Dövlət Duması və Federasiya Şurası bu qərarı təsdiqləyib, bundan sonra Putin müvafiq müqavilələri ratifikasiya edib.

Nizami Bağırov