Dünya 14.05.2022

Çavuşoğlu NATO ölkələrinin XİN başçılarının toplantısına qatılacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sabah Berlində keçiriləcək NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi iclasına qatılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ukrayna məsələsi başda olmaqla bir çox gündəm məsələləri müzakirə ediləcək.