Dünya 15:30 06.08.2022

Cəfər Pənahi həbsxanada koronavirusa yoluxdu

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan rejissor Cəfər Pənahi koronavirusa yoluxub.

Qaynarinfo bu barədə "Iranintl"ə istinadən xəbər verir.

Məlumata görə, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsi xahişinə və hətta müalicə xərclərini belə öz hesabına ödəmək istəməsinə baxmayaraq, onu həbsxanadan kənar tibb məntəqəsinə göndərməkdən imtina edib.

Qeyd edək ki, Cənubi  Azərbaycanın Miyana şəhərində anadan olan Cəfər Pənahi İran kinosunun dünya şöhrətli  rejissorudur. "Oskar" mükafatçısı olan rejissorun  filmləri dünyanın ən nüfuzlu festivallarında, o cümlədən Palermo və Kann kino festivallarında bir çox mükafatlara layiq görülüb. 

Aydın