İdman 18:40 01.02.2023

"Çelsi" Fernandezi transfer etdi - Böyük məbləğə...

İngiltərə Premyer Liqa komandalarından "Çelsi" argentinalı futbolçu Enzo Fernandezin transferi üçün "Benfika" ilə anlaşıb.

Qaynarinfo xəbər verir ki, ingilislər bu transfer üçün böyük məbləğ ödəyib. "Benfika"dan verilən açıqlamaya görə, 22 yaşlı yarımmüdafiəçinin transferinin 121 milyon avroya baş tutub. Fernandez bununla da 2021-ci ilin yayında 117,5 milyon avroya "Aston Villa”dan "Mançester Siti”yə keçən Cek Qrilişin Premyer Liqa rekordunu qırıb.

Peşəkar karyerasına "River Pleyt”də başlayan və 2022-ci ilin yayında "Benfika”ya yollanan futbolçu Qətərdə dünya çempionluğunu qazanan Argentina millisində forma geyinir.

Səbuhi Həsənov