Dünya 15:15 17.06.2022

Culian Assanjın ABŞ-a ekstradisiyası təsdiqləndi

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel cümə günü WikiLeaks-in yaradıcısı Culian Assanjın cinayət təqibi üçün ABŞ-a ekstradisiyasını təsdiqləyib.
 
Bu barədə  Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir. C. Assanj məxfi hərbi sənədlərin və Vaşinqtonun diplomatik teleqramların kütləvi fayllarını yayması ilə əlaqəli casusluq ittihamı da daxil olmaqla 18 maddə üzrə ittiham edilir. Daxili işlər nazirliyi onun ekstradisiyasının artıq təsdiqləndiyini, ancaq Assanjın hələ də qərardan şikayət edə biləcəyini deyib. 

Əslində Britaniya hakimi Assanjın deportasiya edilməməsinə qərar verib. Hakim onun psixi sağlamlıq problemlərinə görə həbsxanasında saxlanacağı təqdirdə intihar edə biləcəyini bildirib."Culian Assanjın-ın ABŞ-a ekstradisiyasına icazə verilməsi onu böyük risk altında qoya bilər və bu, bütün dünyada jurnalistlərə ürpədici mesaj anlamına gələ bilər”,- Amnesty İnternational-ın baş katibi Aqnes Kallamard deyib.

Nurlan Hüseynov