İdman 12:01 11.07.2022

Daha bir futbol komandamız beynəlxalq yarışın qalibi oldu

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol yığması Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq futbol turnirində uğurlu çıxış edib.
 
Gənclər və İdman Nazirliyindən Qaynainfo-ya verilən məlumata görə futbolçularımız yarışın qalibi olub. 
 
Yarışın ikinci günündə qrup oyunlarında Belçikanı 4-0 və Macarıstanı 3-1 məğlub edən yığma komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb. Final mərhələsində Litva yığma komandası ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3-0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıblar.
 
 
Səbuhi Həsənov