Dünya 11:37 21.06.2022

Danimarka Rusiya təhdidinə görə F-16 qırıcılarını istismardan çıxartmır

Danimarkanın müdafiə naziri Morten Bodskov bazar ertəsi bildirib ki, Rusiyanın artan təhlükəsizlik təhdidi fonunda F-16 döyüş təyyarələri donanmasını planlaşdırıldığından üç il daha çox istismarda qalacaq.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

NATO üzvü olan ölkə 2027-ci ilə qədər bu qırıcıların saxlanması üçün 156 milyon dollar xərcləyəcək. 2016-cı ildə Danimarka "Lockheed Martin"dən F-35 qırıcıların almağa razılaşıb. Beləliklə, 2024-cü ilə qədər F-16 qırıcıları istismardan çıxarılmalı idi.

"Rusiyanın Ukraynaya təcavüzü səbəbindən NATO ərazisini şərqdə müdafiə etmək tarixdə heç vaxt olmadığı qədər vacibdir. Bu səbəbdən biz F-16-ların əməliyyat imkanlarını genişləndiririk, eyni zamanda yeni F-35 təyyarələri mərhələli şəkildə istifadəyə veriləcək", deyə nazir Bodskov bildirib. 

"Putinin Ukraynaya təcavüzü Avropanı və üzləşdiyimiz təhlükələri dəyişdi. Qərar Danimarkaya milli müdafiəsini gücləndirməyə və Baltikyanı ölkələrdə hava polisi kimi NATO missiyalarında iştirak etməyə imkan verəcək", deyə müdafiə naziri əlavə edib.

M.Arif