İdman 22:03 26.11.2022

DÇ-2022: Fransa Danimarkanı uddu, qrupdan çıxdı

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb. 

Qaynarinfo-nun məlumatına görə, qarşılaşma Fransanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib. 

Bununla belə, oyunun 86-cı dəqiqəsində Mbappe yenidən səhnəyə çıxıb. Qrizmanın ötürməsindən sonra dəqiq oynayan hücumçu komandasının qələbə qolunu vurub. 

Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə çıxmağa haqq qazanıb. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.