Ölkə 11:45 13.09.2022

DSX sərhəddəki təxribatla bağlı məlumat yaydı

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: "Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib".