Ölkə 12:10 06.10.2022

Edillidə erməni əsirliyində olan şəxs vəfat etdi

28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış əsir Şıxəliyev Şəmsi Canəhməd oğlu vəfat edib.

APA xəbər verir ki, Şəmsi Şıxəliyev uzun müddət xəstəlikdən əziyyət çəkib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya faktı təsdiqləyiblər.
 
Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.