İdman 01:00 16.01.2023

"El Klasiko"da 4 qol - Superkuboku "Barselona" qazandı

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, həlledici qarşılaşmada "Real Madrid” və "Barselona” klubları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.

Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.

Qolları Qavi, Levandovski və Pedri vurub. "Real Madrid"dən son dəqiqələrdə Benzema fərqlənib.