Siyasət 17:10 01.10.2022

Ərdoğan: "Azərbaycanın zəfərindən sonra bölgədə daimi sülh üçün ümid yaranıb"

Cənubi Qafqazda Can Azərbaycanın Vətən müharibəsində zəfərindən sonra bölgədə daimi sülh üçün bir ümid yaranıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.

O qeyd edib ki, Türkiyənin Azərbaycana "Şuşa bəyannaməsi” ilə təcəssüm edilən dəstəyi son dərəcə qiymətlidir.

"Ortaya çıxan yeni vəziyyətin bölgədə qalıcı sülh və hüzurun təmin edilməsi üçün üzərimizə düşəni edirik. Təyin etdiyimiz xüsusi nümayndələr vasitəsi ilə Ermənistanla münasibətlərimi yeni bir səviyyəyə daşıma iradəmizi ortaya qoyduq. Ermənistan ona təklif olunan sülh fürsətini yaxşı dəyərləndirməlidir”, - deyə o vurğulayıb.

Ərdoğan Praqada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün baş tuta biləcəyini də xatırladıb.