Dünya 10:26 04.06.2022

Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olması üçün şərtlərini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, NATO-ya üzv olmaq üçün İsveç və Finlandiya "terrorçuları dəstəkləməyi dayandırmalı, Türkiyəyə qarşı sanksiyaları ləğv etməli və müttəfiqlərlə həmrəylik nümayiş etdirməlidir”.

Qaynarinfo xəbər verir ki, Türkiyə lideri Facebook-da alyansın rəhbəri Yens Stoltenberqlə danışıqlar apardığını bildirib.
 
Ərdoğan qeyd edib ki, Ankara Stokholm və Helsinki qarşısında "qanuni tələblər irəli sürür” və güzəştə getməyəcək.

Bu arada Finlandiya hakimiyyəti Kürdüstan Fəhlə Partiyasından olan kürdləri Türkiyəyə göndərməkdən imtina edib və ziddiyyətləri dialoq yolu ilə həll etməyi təklif edib.

Öz növbəsində, İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Ərdoğanın "PKK-nı qorumaq” ittihamlarını əsassız adlandırıb.

Bundan əvvəl ABŞ və Böyük Britaniya Finlandiya və İsveçi bu ölkələrin NATO-ya daxil olması ilə bağlı Türkiyənin şərtlərini qəbul etməyə çağırıb.

Eyni zamanda Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski iyunda keçiriləcək sammitdə Skandinaviya ölkələrinin NATO-ya qəbul olunacağına şübhə ilə yanaşdığını deyib.
 
Alpər