Siyasət 16:55 14.09.2022

Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu həftə Səmərqənddə görüşərkən Ermənistan və Azərbaycan arasında son döyüşləri müzakirə edəcək.

Qaynarinfo xəbər verir ki, məlumatı "Reuters” yayıb.

"Bu məsələ Putinlə müzakirə olunacaq. Çünki bu müharibənin sona çatmasında Rusiya və Türkiyənin oynadığı rol və ondan sonra görülən birgə iş göz qabağındadır", deyə "Reuters”in mənbəsi bildirib.

"Türkiyə iki ölkə arasındakı problemi aradan qaldırmaq üçün təmaslara başlayıb. Münaqişə daha da böyümədən sona çatmalıdır. "Türkiyə hər mənada Azərbaycanın yanında olmağa davam edəcək", deyə məlumatda qeyd edilir.

Ərdoğan-Putin görüşünün Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammiti çərçivəsində cümə günü baş tutacağı gözlənilir.

Aydın