Dünya 10:30 28.09.2022

Ərdoğan Türkiyənin Suriyada əməliyyatını Təhlükəsizlik Şurasında müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Təhlükəsizlik Şurasının iclasında bu ölkənin silahlı qüvvələrinin Suriyanın şimalında mümkün əməliyyatını, həmçinin Yunanıstanın Egey adalarına silah göndərməsini müzakirə edəcək. 

Qaynarinfo bu barədə NTV telekanalına istinadla xəbər verir.

"İclasda Yunanıstanın qeyri-hərbi adaları silahlandırması əsas gündəm bəndi olacaq. Terrorla mübarizə də mühüm mövzulardan biridir. Daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Türkiyədə olduğu kimi, Suriya və İraqda da davam edən terrorla mübarizə əməliyyatları mövzusunda təqdimatları gözlənilir. Görüşdə Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatı da müzakirə olunacaq mövzular arasındadır”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Türkiyə lideri bildirib ki, Ankara Suriyanın şimalında beynəlxalq ictimaiyyət tərəfindən "anlaşılacaq” hərbi əməliyyat keçirəcək. Onun sözlərinə görə, Ankaranın belə təcrübəsi var.
 
Alpər