Dünya 10:42 01.10.2022

Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistanda hərbi hissələrdən birində müddətli hərbi qulluqçunun cəsədi aşkar olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, 2003-cü il təvəllüdlü Qraçya Karamyan aldığı güllə yarasından ölüb. Bununla belə, insidentin səbəbi hələ ki bəlli deyil və faktla bağlı araşdırma aparılır.