Dünya 11:43 23.06.2022

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıb.

Qaynarinfo xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Təlimdə 1 500 hərbçi, 130-da çox nəqliyyat vasitəsi cəlb olunacaq.

Bildirilib ki, təlim döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçiriləcək.