Sənət 13:26 02.10.2022

Fəxriyyə Xələfova Parisdə beynəlxalq mükafata layiq görüldü (FOTOLAR)

Parisdə "Beynəlxalq İnvestisiya Konqresin”də (International Investment Congress) iştirak edən Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova bu qurumun 2022-ci il üzrə "Annual Awards for Top İnfluencers-2022” nominasiyasına layiq görülüb.

Qaynarinfo xəbər verir ki, "International Investment Congress”in "Annual Awards for Top İnfluencers-2022” nominasiyasına layiq görülən Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfovanın iştirakı ilə mətbuat konfransı keçirilib.

F.Xələfova mətbuat konfransında Azərbaycan moda aləmi, özünün yaratdığı dizaynlar və parfümeriya haqqında məlumat verib. O, Konqresin növbəti tədbirini Bakıda keçirməyi təklif edib.