Foto 10:47 24.11.2022

FHN Bakıda daha bir qanunsuz tikintinin qarşısını aldı (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında "Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.