İdman 14:29 21.06.2022

FİFA cinsini dəyişmiş futbolçulara qadağa qoya bilər - Araşdırmalar başlanılıb

Trans qadınların üzgüçülük üzrə qadın kateqoriyasında rəqibləri ilə müqayisədə fərqli üstünlüyə malik olduqları üçün onlara qadağa qoyulması böyük mübahisələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq üzgüçülük Federasiyası (FINA) hələ ki, onların yarışacağı kateqoriya tapa bilməyib. Bu səbəbdən FİNA digər ölkələrin  federasiyalarının səsverməsi nəticəsində trans qadınların qadınlar kateqoriyasında yarışa bilməyəcəyini açıqlayıb. Bunun səbəbi yetkinlik dövrünü kişi kimi keçən şəxslərin cinsini dəyişdikdən sonra qadın rəqiblərinə nisbətən üstünlük qazanması kimi izah edilib. Yeni siyasətinin bir hissəsi olaraq, FINA bəzi tədbirlərdə trans qadınlar üçün "açıq" kateqoriya yaradacağı ilə bağlı vəd verib.

FINA-nın bu qərarından sonra dünyanın ali futbol qurumu FİFA da transseksualların qadın futbolunda iştirak etməsinə  qadağa qoya bilər. Qurum artıq bununla bağlı araşdırmalara da başlayıb. "Röyters"in məlumatına FİFA da eyni vəziyyət üçün gender uyğunluğu qaydalarını nəzərdən keçirir. Qurumdan məsələ ilə bağlı rəsmi şərh verilməsə də, ekspertlərlə məsləhətləşmələr aparıldığı və hesabatların araşdırıldığı bildirilib. FİFA-nın transseksual oyunçuların iştirakı ilə bağlı müxtəlif ekspertlərlə məsləhətləşmək qərarı artıq böyük müzakirələrə səbəb olub. FİFA da FINA kimi qərar versə, qadın futbolunda transların meydana çıxmasının qarşısı alınacaq.

Saylarının azlığına baxmayaraq futbolda da trans qadınların olduğu bilinir. Məsələn, 2016-cı il Rio Olimpiadasında bürünc, 2020-ci il Tokio Olimpiadasında isə qızıl medal qazanan kanadalı yarımmüdafiəçi Rebekka Kvinn 2020-ci ildə İnstaqram səhifəsində paylaşdığı statusda cinsini dəyişdirdiyini açıqlayıb.
 


FINA-nın qərarından sonra digər ölkələrdəki trans idmançıların vəziyyəti də sual altına düşüb. ABŞ-ın qadınlardan ibarət millisinin kapitanı, öz ölkəsinin yığmasında forma geyinən qadın və kişilərin eyni məbləğdə maaş alması üçün çox çalışmış Meqan Rapinoe məsələyə qarşı çıxıb. O, qeyd edir ki, idmançıların cinslərinə görə bioloji cəhətdən digərlərindən üstün olduğunu göstərən heç bir sübut yoxdur.

BOK (Beynəlxalq Olimpiya Komitəsi) isə mövzu ilə bağlı qərarları ölkələrin sahə federasiyalarına həvalə edib. Qurumdan verilən açıqlamada İdmançıların fiziki görünüşü və cinsi statusundaki fərqlərə görə ədalətsiz rəqabət üstünlüyü iddiası barədə ən azı bunun əksinə dair sübutlar ortaya çıxana qədər düşünülməməli olduğu bildirilib.

Səbuhi Həsənov