İdman 12:03 04.10.2022

FİFA referilərimiz AÇ-nin seçmə mərhələsinə təyinat aldı

FIFA referilərimiz UEFA-dan təyinat alıblar. 
 
Qaynarinfo xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.
 
İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.
 
Səbuhi Həsənov