Siyasət 15:51 10.01.2023

"Gəlin başa düşək ki, müharibədən qaçmağa bizə nə kömək edə bilərdi" - Paşinyan

"Məqsədlərimiz və görmək istədiklərimiz çox vaxt üst-üstə düşmür, bu da böhrana gətirib çıxarır". 

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

"Bizim vəzifəmiz ondan ibarətdir ki, reallığa yeni baxışa malik olaq, bu nöqteyi-nəzərdən yoxlayaq, qavrayışlarımızı, onların nə dərəcədə real olduğunu düşünməyə çalışaq. Gəlin baxaq görək səhv etmişiksə, niyə səhv etmişik və necə səhv etmişik.

Çox vaxt deyirlər ki, müharibənin günahı məndədir. Çox yaxşı, gəlin başa düşək ki, müharibədən qaçmağa bizə nə kömək edə bilərdi.
Yəni düzgün düstur o olmalı idi ki, bu rayonlar təslim edilməli, Dağlıq Qarabağın statusunun qeyri-müəyyənliyi və Dağlıq Qarabağın statusu faktiki olaraq Azərbaycanın tərkib hissəsi kimi təsbit olunmalı, Dağlıq Qarabağı tərk etmiş azərbaycanlıları Qarabağa qaytarmaq və Dağlıq Qarabağı idarə etmək imkanı verilməli idi. İndi geriyə baxaraq deyə bilərik ki, bəli, bəlkə də beləsi bugünkündən daha yaxşı olardı. Amma o zaman kim inandıra bilərdi ki, bu getməli olan yoldur. Bu, güclü ordumuz olduğunu bildiyimiz, etibarlı müttəfiqlərimizin olduğunu bildiyimiz, bir addım belə geri çəkilməməyimizlə bağlı masada rəsmi xəbərlərin olduğu şəraitdə idi və s.

Mən bununla heç bir ittihamı rədd etmək istəmirəm, bütün bunlar var, deyirəm ki, daha dərindən baxaq. Ancaq hətta rentgenin səviyyəsi də məsələni tam başa düşmək üçün kifayət deyil. Məsələ DNT səviyyəsindədir”, deyə Paşinyan bildirib.

O, həm də bildirib ki, vətənpərvərlik modeli Ermənistanın dövləti və dövlətçiliyi ilə əsaslı şəkildə ciddi ziddiyyət təşkil edən sovet modelidir. 
"Əgər bu səviyyələrə çatmasaq, dolaşıqları açmayacağıq", deyə Ermənistanın baş naziri əlavə edib.

Nizami Bağırov