Texnologiya 10:14 09.08.2022

“Google”un data-mərkəzində partlayış baş verib: Yaralananlar var

ABŞ-ın Ayova ştatında "Google”un məlumat işlənmə mərkəzində partlayış baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında bildirilib.

Nəticədə üç elektrik ağır yanıq xəsarətləri alıb.

Hadisə "Google”un Manava gölünün yaxınlığında yerləşən kompleksində baş verib. Bu, şirkətin ən böyük məlumat mərkəzlərindən biridir. Müəssisədə böyük həcmdə məlumatların saxlanması və işlənməsi üçün yüzlərlə superkompüter var.

Qeyd edək ki, dünən gecə müxtəlif ölkələrdə "Google” istifadəçiləri nasazlıqdan şikayətlənib. Bu iki hadisənin bir-birilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.