Siyasət 13:54 16.07.2022

Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşü oldu

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ilk dəfə üçtərəfli görüşü olub.

APA-nın yerli bürosu xəbər verir ki, mətbuata qapalı keçirilən görüş Tbilisidə baş tutub.

Üçtərəfli görüşdə regional məsələlər müzakirə edilib.