Dünya 12:11 17.07.2022

Gürcüstanda DTX-nın sabiq rəis müavini saxlanıldı

Gürcüstan polisi respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəis müavini İosif Qoqaşvilini saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Şöbə nümayəndələri izah ediblər ki, eks-məmur istintaq hərəkətlərinin aparılması üçün məhkəmənin qərarı əsasında saxlanılıb. Hansı maddə ilə bağlı saxlanıldığı hələ dəqiqləşdirilməyib.

Agentliyin məlumatına görə, Qoqaşvilinin saxlanmasından əvvəl qalmaqal yaşanıb. Gürcüstanın "Maestro" telekanalı 2021-ci ilin payızında çəkilmiş videonu dərc edib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini bununla bağlı jurnalistlərlə kəşfiyyat xəbərçiləri haqqında süjet hazırlamaq və onların adlarını açıqlamaq planlarını müzakirə edib.

Alpər