Ölkə 10:36 10.07.2022

Gürcüstandan gələn yük qatarı Saatlıda aşdı (YENİLƏNİB)

İyulun 9-da saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib.

Bu barədə Qaynarinfo Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Belə ki, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb. İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə "Azərbaycan Dəmir Yollar" QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur.

Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.

10:36
 
Saatlı rayonunda qatar qəzası olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Saatlı dəmiryolu stansiyasında baş verib.

Gürcüstandan gələn yük qatarı stansiyadan hərəkət edərkən aşıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması yönündə işlər gedir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları dəvət olunub.

Əhməd