Foto 21:35 29.09.2022

Hərbçilərimiz Oklahoma ştatında amerikalı həmkarları ilə görüşdü (FOTOLAR)

Oklahoma Milli Qvardiyasının Dövlət Tərəfdaşlıq Proqramı ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin üç zabitini Kiber Müdafiə Əməliyyatları sahəsində hərbi bilik mübadiləsi aparmaq üçün Oklahoma şəhərində qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-də olarkən onlar strategiyanı və təcrübələri müzakirə etmək üçün mülkü şəxslər və hərbçi həmkarları ilə görüşlər keçirib.