Dünya 16:03 27.06.2022

İran-ABŞ danışıqları başlayacaq: Vaxt və yer dəqiqdir

İran-ABŞ danışıqları bu həftə keçiriləcək.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

"İran və ABŞ arasında danışıqların vaxtı və yeri demək olar ki, dəqiqdir. Ev sahibi ölkənin Körfəz ölkələrindən biri - çox ehtimal ki, Qətər olacaq və danışıqlar bu həftə içi baş tutacaq”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi, iyulun 27-də deyib.

Xətibzadə həmçinin bildirib ki, qarşıdan gələn danışıqlar "nüvə ölçüsü” proqramı ilə bağlı deyil, yalnız "sanksiyaların ləğvi ilə bağlı və qalan bir neçə məsələ” ilə ilgili olacaq. Həmçinin  "Vyana razılaşmalarına heç nə əlavə edilməyəcək və ya azaldılmayacaq”.

Qeyd edilir ki 2015-ci ildə əldə edilən MAGATE sazişi kimi tanınan İran nüvə sazişi ABŞ-ın Tramp dövründə geri çəkilməsindən və İrana qarşı sanksiyaların geri qaytarılmasından sonra iflasa uğramaq ərəfəsində idi.

M.Arif