Siyasət 17:12 02.06.2022

İran neft naziri Bakı enerji konfransında nə iddia edib?

Sanksiyalar İranın enerji tərəqqisinə mane ola bilmədi və indi biz hər gün dörd milyon barel neft istihsal edirik.

Qaynarinfo IRNA agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın neft naziri Bakı Beynəlxalq Enerji konfransında deyib.

Cavad Ocidən bu gün səhər (cümə axşamı, 2 iyun) Azərbaycan Respublikasının beynəlxalq enerji konfransında dünyanın 30 müxtəlif ölkələrindən olan nazir və nümayəndələrin toplantısındakı çıxışında İranın neft və qaz hasilatının müzakirəsindəki uğurlarına istinad edərək deyib: 
"Bir neçə il İran neftinə qarşı sanksiyaların olmasına baxmayaraq, İran neftinin və qazının inkişafı dayandırılmayıb”.

O, İranın dünyanın ən iri qaz güclərindən birinə malik olduğu və həmçinin İranın qaz ehtiyatının 40 trilyon kubmetrə yaxın olduğunu və dünyanın ehtiyaclarının mühüm hissəsini təmin edə biləcəyini xatırladaraq əlavə edib:

"İndi bizim gündəlik bir milyard kubmetr qaz hasilatına imkanımız var, gündə dörd milyon barel neft çıxaldırıq və neftkimya məhsullarının illik istehsal gücü isə 92 milyon tona yaxındır".

Əlavə olaraq neft naziri deyib ki, "bizim qaz hasilatı imkanlarımız səkkiz ildən sonra bir tam onda dörd milyar kubmetr olmalıdır. Dünya enerji üçün acdır və İran bu ehtiyacın bir hissəsini ödəyə bilər. İran İslam Respublikası qaz hasilatı və ticarət investisiya etmək hazırdır. İran dünya enerji marşrutlarının kəsişməsində, İranın şimalında isə Rusiya və Türkmənistan, cənubda isə Qətər kimi iri istehsalçılar yerləşir və bizim bu nəhəng resursları istehlak bazarlarına çıxarmaq potensialımız var".

M.Arif