Dünya 14:52 17.11.2022

İran Oman körfəzində “Şahid” PUA-sı ilə İsrailə bağlı neft tankerini vurdu

ABŞ bildirib ki, bu həftə Oman sahillərində İran pilotsuz təyyarəsi Liberiya bayraqlı tankerə hücum edib. 

Qaynarinfo bu barədə "İnterfaks”a istinadla xəbər verir.

"Noyabrın 15-də yerli vaxtla saat 22:00 radələrində Oman körfəzində İran istehsalı olan pilotsuz təyyarə Liberiya bayrağı altında üzən Pacific Zircon tankerinə hücum edib. Bu tanker İsraillə əlaqəli kommersiya strukturunun bir hissəsidir”, - ABŞ Mərkəzi Hərbi Komandanlığının bəyanatında deyilir.

Bildirilir ki, qalıqların ekspertizası nəticəsində "Şahid” seriyasına aid pilotsuz hücum təyyarəsi müəyyən edilib. Gəmi zədələnib, itki yoxdur.

Şirkət əməkdaşları yanacağın dağılmasının qarşısının alındığını qeyd ediblər.

Alpər